Daşkəsəndə 17 yaşlı qız sirkə turşusundan zəhərlənib

Daşkəsəndə 17 yaşlı qız sirkə turşusundan zəhərlənib Faktla bağlı araşdırma aparılır
Hadisə
23 iyun 2017 19:04
Daşkəsəndə 17 yaşlı qız sirkə turşusundan zəhərlənib

Daşkəsən. 23 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 2000-ci təvəllüdlü Allahverdiyeva Aişə Fazil qızı yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə o, səhvən sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi