Daşkəsən sakininin Şəmkirdə kirayə qaldığı evdən yanmış meyiti tapılıb

Daşkəsən sakininin Şəmkirdə kirayə qaldığı evdən yanmış meyiti tapılıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
13 Yanvar , 2017 11:32
Daşkəsən sakininin Şəmkirdə kirayə qaldığı evdən yanmış meyiti tapılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda fərdi yaşayış evində yanğın olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Xumar Həsənovaya məxsus ev yanıb. Yanğın söndürüldükdən sonra orada kirayədə yaşayan Daşkəsən rayon sakini Rafiq Əsgərovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi