Daşkəsən sakini qohumunu qətlə yetirib - YENİLƏNİB

Daşkəsən sakini qohumunu qətlə yetirib - YENİLƏNİB Daşkəsən. 18 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda baş verən qətli törədən şəxsin adı məlum olub.
Hadisə
18 Sentyabr , 2018 21:40
Daşkəsən sakini qohumunu qətlə yetirib - YENİLƏNİB

Daşkəsən. 18 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda baş verən qətli törədən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisəni N.Quliyev xalası əri Fikrət Xəlil oğlu İsmayılov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 

İlkin məlumata görə, iki qohum yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Bu zaman F.İsmayılov bıçaqla N.Quluyevin boynunun şah damarını kəsərək onu qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***19:36

Daşkəsən. 18 sentyabr. REPORT.AZ/ Dəşkəsən rayonunda qətl törədilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Əhmədli kəndində baş verib.

Belə ki, kənd sakini, Nafiq Rasim oğlu Quluyev bıçaqlanaraq qətlə yetirilib. Onun Meyiti muayinə olunması üçün Səhiyyə NazirliyininMəhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Məlum olub ki, mərhum şah damarından vurulan bıçaq zərbəsindən ölüb. Onun qohumu tərəfindən qətlə yetirildiyi bildirilir. 

Hadisəni törədən şəxs qaçıb. 




Son xəbərlər

Orphus sistemi