“Damla Holding” 20 min manat cərimə edilib

“Damla Holding” 20 min manat cərimə edilib Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Damla Holding” MMC barədə inzibati protokol tərtib edib.
Hadisə
14 Yanvar , 2020 10:21
“Damla Holding” 20 min manat cərimə edilib

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Damla Holding” MMC barədə inzibati protokol tərtib edib.

"Report"un xəbərinə görə, Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkətin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, tikinti işləri həyata keçirən “Damla Holding” Azərbaycanda bir çox məşhur obyektlərin, otellərin və mərkəzlərin tikinti-təmirini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi