Daha bir piyada yol qəzasının qurbanı olub

Daha bir piyada yol qəzasının qurbanı olub Bu gecə daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
9 Sentyabr , 2019 06:52
Daha bir piyada yol qəzasının qurbanı olub

Bu gecə daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Sabunçu rayon sakini Rəhmanov Zeynal Rövşən oğlu şəhər ərazisində yolu keçmək istəyərkən "99-CX-704" dövlət qeydiyyat nömrə nişanlı "Prado" markalı avtomaşın tərəfindən vurulub.

Xəsarət alan piyada dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Ona, sağ ayağının sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi