Yuxarı

​Dağıstanda narkotik qaçaqmalçılığına görə azərbaycanlı qadın saxlanılıb

Cinayət işi yekunlaşıb və baxılması üçün rayon məhkəməsinə göndərilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Dağıstanda narkotik qaçaqmalçılığı ilə məşğul olan yerli sakin və Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Məhərrəmkənd rayon prokurorluğu Rusiya vətəndaşı Eldar Təhməzov və Azərbaycan vətəndaşı İradə Bağırovaya qarşı qaldırılan cinayət işi üzrə ittiham aktını təsdiq edib.

İstintaq zamanı müəyyən edilib ki, Təhməzov və Bağırova Rusiya-Azərbaycan sərhədi vasitəsilə Rusiya ərazisinə dəfələrlə iri tiryək partiyaları keçiriblər. Xüsusilə, 2014-cü ilin mayında 278 qramdan artıq tiryək keçirilib. Rusiya ərazisinə aparılan narkotik maddələr qismən satılıb. Qalan hissəsinin satılmasının qarşısı alınıb.

Cinayət işi artıq yekunlaşıb və prokurorluq tərəfindən mahiyyəti üzrə baxılması üçün Məhərrəmkənd rayon məhkəməsinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi