Culfada fərdi yaşayış evində yanğın olub

Culfada fərdi yaşayış evində yanğın olub Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayon Ərəzin kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Hadisə
17 aprel 2025 10:57
Culfada fərdi yaşayış evində yanğın olub

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Culfa rayonu Ərəzin kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"un yerli bürosuna verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 76 m2 olan 1 mərtəbə, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin 12 m² mətbəxt hisəssinin tavanı yanıb, 64 m² isə evin içərisində olan əşyalarla birlikdə yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi