Yuxarı
    Bağlamaq

    Cocuq Mərcanlıda gün ərzində 4 hektardan çox ərazi təmizlənib

    Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir© ANAMA

    Bakı. 3 dekabr. REPORT.AZ/ ANAMA dekabrın 3-də Cəbrayıl rayonunun

    Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi

    nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə növbəti gündəlik operativ məlumatını yayıb.

    “Report” xəbər verir ki, kənddə gün ərzində 42 100 kv.m (4.21 ha) ərazi tam təmizlənib, 6 500 kv.m (0.65 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 48 600 kv.m (4.86 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

    Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

    17 gün ərzində 9 ədəd partlamamış hərbi sursat aşkar edilib.

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi