“Coca-Cola” Azərbaycan Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

“Coca-Cola” Azərbaycan Vergilər Nazirliyinin departamentini məhkəməyə verib İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
14 Noyabr , 2016 10:40
“Coca-Cola” Azərbaycan Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Bakı. 14 noyabr. REPORT.AZ/ “Azərbaycan “Coca-cola” Bottlers Limited” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

"Report"un məlumatına görə, “Coca-Cola” qərarların ləğv edilməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan “Azərbaycan “Coca-cola” Bottlers Limited” MMC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Son xəbərlər

Orphus sistemi