Yuxarı

Dərman şirkəti cərimələnib

​“City Farm” şirkəti cərimələndi

81

Yasamal Rayon Məhkəməsi “City Farm” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.

"Report"un xəbərinə görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola əsasən cərimə edilib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır

"City Farm" MMC-i 31 yanvar 2017-ci ildən fəaliyyətə başlayıb. Şirkət dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirir. City Farm MMC-i tikinti lisenziyası vasitəsi ilə tibbi klinikaların, dövlət xəstəxanalarının yenidən bərpası, təmiri sahəsində də fəaliyyət göstərir. Şirkət tibb sahəsində xüsusi lisenziya tələb edən avadanlıqların idxalını və satışını həyata keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi