Yuxarı

​Cinsi zorakılıqda şübhəli bilinən azərbaycanlı saxlanılıb

Qazaxıstana qonaq gedən soydaşımız həbs edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada həddi-buluğa çatmamış qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" "Kazakhstan Today"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Departamentinin (DİD) mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Astana sakini DİD-ə şikayət ərizəsi yazaraq bildirib ki, yanvar ayının 23-də, yerli vaxtla saat 15.00 radələrində, binanın girişində naməlum şəxs onun həddi-buluğa çatmamış qızına qarşı nalayiq hərəkətlər edib.

"Operativ əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Bu, 22 yaşlı Azərbaycan vətəndaşı olub. İstintaq zamanı məlum olub ki, şübhəli paytaxtda qohumlarına qonaq gəlib", - deyə mətbuat xidməti qeyd edib.

Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi üzrə cinayət işi qaldırılıb. Həmyerlimiz həbs edilərək müvəqqəti təcridxanaya salınıb.

Hazırda təhqiqat aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi