"Cinli Əhməd"in məhkəməsi başlayır

"Cinli Əhməd"in məhkəməsi başlayır Xaçmaz rayonunda 26 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Əhməd Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
26 Noyabr , 2019 20:32
Cinli Əhmədin məhkəməsi başlayır

Xaçmaz rayonunda 26 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Əhməd Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Eldar Mikayılovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. Xaçmaz rayonu, İzmailovka qəsəbəsində "Cinli Əhməd" kimi tanınan Ə.Yaqubov 3 uşaq atası Etibar Cavadovu bıçaqlayıb.

O, ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.

Əhməd Yaqubova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi