Bakı. 24 iyun. REPORT.AZ/ Çinin şərqindəki Çzyansu vilayətinin Yançen şəhərindəki qasırğadan ölənlərin sayı 98 nəfərə çatıb. "Report"un məlumatına görə, bu haqda Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət zamanı daha 800 sakin yaralanıb.
Çzyansu vilayətində dünən günün ikinci yarısında güclü leysan yağışlar və dolu yağıb. Şahidlərin sözlərinə görə, külək avtomobilləri yerindən oynadıb. Habelə ağacları qırıb və bəzi evlərin dam örtüyünü dağıdıb.
Hakimiyyət orqanları zərər çəkmiş rayonlara humanitar yardım, o cümlədən min ədəd çadır, 2 min ədəd yataq çarpayısı göndərib.
Meteoroloqların məlumatına görə, küləyin sürəti ayrı-ayrı rayonlarda 35 m/s çatıb.