Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanda narkotik vasitələrlə bağlı cinayətlər haqqında məlumatlar açıqlanıb.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99%-i cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət törətmiş şəxslərin 86,2%-ni heç yerdə işləməyən və oxumayanlar, 37,2%-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,2%-i yetkinlik yaşına çatmayanlar, 6,9%-i 18-24 yaşlı, 13%-i 25-29 yaşlı gənclər, 79,9%-i isə 30 və yuxarı yaşlı şəxslər olub.
2018-ci ildə müsadirə edilmiş 2526,3 kiloqram bitki mənşəli narkotik maddələrin 1194,6 kiloqramını heroin, 755,6 kiloqramını marixuana, 362,5 kiloqramını tiryək, 89,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 124,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.