Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb Yanvar ayının 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
22 Yanvar , 2020 09:00
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Yanvar ayının 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 26 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi