DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb Ötən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.
Hadisə
15 İyun , 2019 10:56
DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi