Yuxarı
    Bağlamaq

    ​“Cibgir Elçin”ə hökm oxunub

    Məhkəmənin qərarı ilə o 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 23 may. REPORT.AZ/ Nizami rayon Məhkəməsində kriminal aləmdə “Cibgir Elçin” ləqəbi ilə tanınan 1966-cı il təvəllüdlü Novruzov Elçin Novruz oğluna hökm oxunub. “Report”un məlumatına görə, məhkəmənin qərarı ilə E.Novruzov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.

    E.Novruzov Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Nizami rayonu və Bakının digər ərazilərində, əsasən sərnişinlərin gur olduğu ictimai nəqliyyatda cibgirliklə məşğul olduğunu etiraf edib. Saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi 3 ədəd mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb. E.Novruzov bu üsulla əldə etdiyi pulu isə narkotik vasitələrə xərclədiyini bildirib. PB-də onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb. 49 yaşlı E.Novruzov peşəkar cibgirdir və o, bu işlə məşğul olduğu üçün indiyə qədər 4 dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə E.Novruzov 2014-cü ildə azadlığa buraxılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi