Yuxarı

Azərbaycanda son 5 ildə cəzalandırılan məhkəmə hakimlərinin sayı açıqlanıb

Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib

Bakı. 1 aprel. REPORT.AZ/ "Son 5 ildə Azərbaycan Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraat başlanılıb".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

R.Rzayev bildirib ki, həmin şəxslərin 5 nəfəri işdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərinə töhmət verilib, 12 hakimə irad tutulub.

R.Rzayev xatırladıb ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi