Yuxarı

Ceyranbatan su anbarının ərazisindəki yanğın söndürülüb

Ceyranbatan su anbarının ərazisindəki yanğın söndürülüb

Bakı. 8 iyun. REPORT.AZ/ Abşeron rayonu, Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos 15 ha sahədə yanıb. 

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin bir helikopteri hadisə yerinə cəlb olunub. 

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi