Bakı. 2 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Vüsal Qara oğlu Cəfərovun meyiti tapılıb.
"Report"un məlumatına görə,
V.Cəfərovun meyiti sudan çıxarıldıqdan sonra polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılıb. Daha sonra kursantın cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağcabədi rayon şöbəsinə göndərilib. Orada 16 yaşlı yeniyetmənin meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə iki gün əvvəl Bərdə rayonu, Mehdili kəndinin ərazisində baş verib. Belə ki, V.Cəfərov Yuxarı Qarabağ kanalının yaxınlığında qoyun otaran zaman kanalın üstündəki dəmir borunun üstü ilə digər tərəfə keçərkən ayağa sürüşərək suya düşüb.








