​Çelyabinskdə azərbaycanlı kriminal avtoritetin məhkəməsi başlayır

​Çelyabinskdə azərbaycanlı kriminal avtoritetin məhkəməsi başlayır 36 yaşlı İlham Osmanov hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham olunur
Hadisə
8 Oktyabr , 2015 12:22
​Çelyabinskdə azərbaycanlı kriminal avtoritetin məhkəməsi başlayır

Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Çelyabinsk mərkəzi rayon məhkəməsində kriminal avtoritet İlham Osmanovun əsas fiqurant kimi cəlb olunduğu cinayət işi üzrə birinci iclas keçiriləcək. "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 36 yaşlı İ. Osmanov, eləcə də onunla əlbir olan Aleksandr Kiriçenko və Oleq Mitryasov hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham olunurlar (RF CM 163-cü maddəsinin 3-cü bəndi).

Verilən rəsmi məlumata görə, 2015-ci ilin fevralın 17-də "Angel A" kafesində kriminal aləmdə Çelyabinsk regionuna "nəzarət edən" statuslu Osmanov iki köməkçisi ilə birlikdə yerli firmalardan birinin sahibi Yevgeni Poletskoydan 11,2 milyon rubl pul və onun həyat yoldaşına məxsus avtomobilə sərəncam hüququ verilməsini tələb edib. E.Poletskoy hüquq-mühafizə orqanlarına müraciət edib və nəticədə cinayətkar qrup zərərsizləşdirilib.

KİV-lərin məlumatına görə, bir vaxtlar İlham Osmanova hazırda dünyasını dəyişən "qanuni oğru", cinayət aləmində Timur Sverdlovski kimi tanınan Timur Mirzəyev dəstək verirdi. Məlumatda o da bildirilir ki, kriminal avtoritet bir neçə şirkətin və əlillər üçün mərkəzin sahibidir.

Son xəbərlər

Orphus sistemi