Yuxarı
    Bağlamaq

    Cəlilabaddakı "İran bazarı"ında baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2

    Hadisə zamanı 15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanıb© Report.az

    Cəlilabad. 21 iyun. REPORT.AZ/ Cəlilabad rayonundakı “İran bazarı”nda baş vermiş yanğın söndürülüb.

    Yerli sakinlərin "Report"un Aran bürosuna verdiyi məlumata görə, yanğın zamanı 15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub. 

    Hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və onun müavini Vidadi Dövlətov da gəlib.

    Yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 1 nəfər isə tüstüdən zəhərlənib. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 


    *** saat 18:44

    Cəlilabad. 21 iyun. REPORT.AZ/ Cəlilabad rayonundakı “İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb.

    "Report"un Aran bürosu xəbər verir ki, yanğının əhatə dairəsi daha da genişlənib. Əraziyə Cəlilabadla yanaşı, qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri də cəlb edilib.

    İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələlik qeydə alınmayıb.


    *** saat 18:05

    Cəlilabad. 21 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda "İran bazarı" kimi tanınan bazarda güclü yanğın başlayıb. 

    Bu barədə "Report"a rayon sakinləri məlumat veriblər. 

    Bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar.

    Hava küləkli olduğundan alovu hələlik ram etmək mümkün olmayıb, hazırda yanğın davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi