Cəlilabadda zəncirvari yol qəzası baş verib - FOTO

Cəlilabadda zəncirvari yol qəzası baş verib - FOTO Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib
Hadisə
27 Yanvar , 2017 21:32
Cəlilabadda zəncirvari yol qəzası baş verib - FOTO

Cəlilabad. 27 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunun Andreyevka kəndində zəncirvari yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 133 km-də qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Naz Lifan” markalı "12-BD-564" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 49 yaşlı Biləsuvar sakini Mirzə Cəbi oğlu Məmmədov idarəetməni itirərək yolun solunda yerləşən dükanın qarşısındakı 3 avtomobilə çırpılıb.

Qəza nəticəsində hərəkətsiz olan “VAZ-2106” və “VAZ-2107” markalı üç maşın yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb. Görüntülər mağazanın müşahidə kameralarına düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi