Cəlilabadda yük maşını dərəyə aşıb, ölən var

Cəlilabadda yük maşını dərəyə aşıb, ölən var Bakı. 16 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 İyul , 2018 11:52
Cəlilabadda yük maşını dərəyə aşıb, ölən var

Bakı. 16 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məşədilər kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Məhəmməd Nuriyev idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yük maşınını dərəyə aşırıb. Hadisə nəticəsində sürücü M.Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi