Cəlilabadda qəzada xəsarət alanların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB - VİDEO

Cəlilabadda qəzada xəsarət alanların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB - VİDEO Video əlavə olunub
Hadisə
27 May , 2020 23:20
Cəlilabadda qəzada xəsarət alanların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB - VİDEO

Video əlavə olunub


***22:55

Cəlilabadda yol qəzasında xəsarət alanlardan ikisinin şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar 15-BJ-114 dövlət qeydiyyat nömrə nişanlı "KaMAZ" markalı avtomobilin sürücüsü, Masallı rayon Gəyəçöl kənd sakini, 1994-cü il təvəllüdlü Müşviq Cəmşid oğlu Almaslı və 99-LH-520 "İsuzu" markalı avtomobilin sürücüsü, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Arzuman oğlu Əzimzadədir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KamAZ" və "İsuzu" markalı iki yük avtomobili toqquşub. 


***20:32

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "KamAZ" və "İsuzu" markalı iki yük avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi