Cəlilabadda yol qəzasında xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB

Cəlilabadda yol qəzasında xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB Cəlilabad. 22 may. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
22 May , 2018 17:17
Cəlilabadda yol qəzasında xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Cəlilabad. 22 may. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Həsənov Hüseyn Kamaləddin oğlu və Abdullazadə Mehdi Arzu oğludur. 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.

*** 16:49

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseyn küçəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi