Cəlilabadda yol qəzasında ikisi qardaş olmaqla dörd nəfər xəsarət alıb

Cəlilabadda yol qəzasında ikisi qardaş olmaqla dörd nəfər xəsarət alıb Cəlilabadda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
4 May , 2022 19:34
Cəlilabadda yol qəzasında ikisi qardaş olmaqla dörd nəfər xəsarət alıb

Cəlilabadda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşması zamanı rayonun Göytəpə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Sadiqov Tofiq Alxas oğlu, onun qardaşı, 1994-cü il təvəllüdlü Sadıqov Əliabad Alxas oğlu, Biləsuvar rayonunun Ağalıkənd sakinləri, 1957-ci il təvəllüdlü Əbilov Şəmo İbadulla oğlu və 1995-ci il təvəllüdlü Həsənli Qiymət Mail oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi