​Cəlilabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

​Cəlilabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO Hər iki avtomobilin sürücüsü xəstəxanaya çatdırılıb
Hadisə
24 İyun , 2016 08:56
​Cəlilabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

Cəlilabad. 24 iyun. REPORT. AZ / Cəlilabaddda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Cəlilabad-Boyxanlı avtomobil yolunun Bədirli kəndindən keçən hissəsində baş verib. 

Rayonun Məlikqasımlı kənd sakini Mais Əzizov “Vaz 2107” markalı avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Boyxanlı kənd sakini Davud Səfərovun idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə “Juquli”nin sürücüsünün həyat yoldaşı Məlahət Kərimova dünyasını dəyişib. 

Hər iki avtomobilin sürücüsü, eləcə də digər sərnişin Mahirə Qəfərova yaralanaraq xəstəxanaya çatdırılıblar. 

Hazırda onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi