Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
6 Aprel , 2019 17:50
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər veri ki, hadisə nəticəsində rayon sakinləri - 1995-ci il təvəllüdlü Bəşirov Elməddin Bilal oğlu və 1988-ci il təvəllüdlü Əsədov Şahin Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır


*** 16:14

Cəlilabad rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Göytəbə şəhəri ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Yaralılar xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi