Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabadda yol qəzası olub, xəsarət alan var Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Dekabr , 2019 13:03
Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Babalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Fərid Camal oğlu xəsarət alıb.

Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi