Cəlilabadda yol qəzasında ölən şəxsin adı məlum olub - YENİLƏNİB

Cəlilabadda yol qəzasında ölən şəxsin adı məlum olub - YENİLƏNİB Cəlilabad. 26 dekabr. REPORT. AZ/ Cəlilabad rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən şəxsin adı məlum olub.
Hadisə
26 Dekabr , 2018 08:54
Cəlilabadda yol qəzasında ölən şəxsin adı məlum olub - YENİLƏNİB

Cəlilabad. 26 dekabr. REPORT. AZ/ Cəlilabad rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən şəxsin adı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu, rayonun Ağdaş kənd sakini, 1997-ci il təvəllüdlü Əlisahibov Orxan Üzeyir oğludur.

Məlumata görə, yol qəzası rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb. Belə ki, "Ford" markalı avtomobil motosikletə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü O.Niftullayev ölüb. "Ford"un sürücüsü isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


***22:46

Cəlilabad. 25 dekabr. REPORT. AZ/ Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb1 nəfər yaralanıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağsu sakini Astarada avtomobilini aşırıb.

Son xəbərlər

Orphus sistemi