Yuxarı

Cəlilabadda yol qəzası olub, ata və qızı xəsarət alıb

Yaralılar dərhal xəstəxanaya aparılıb.

Cəlilabad. 7 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

BElə ki, İki minik avtomobilinin toqquşması nəticəsində, 1953-cü il təvəllüdlü Arif İmanov və onun qızı, 1986-cı il təvəllüdlü Gülnarə İmanova xəsarət alıblar.

Yaralılar dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi