Cəlilabadda yol qəzası baş verib: yaralananlar var - YENİLƏNİB

Cəlilabadda yol qəzası baş verib: yaralananlar var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Aprel , 2017 22:26
Cəlilabadda yol qəzası baş verib: yaralananlar var - YENİLƏNİB
Courtesy İmage

Cəlilabad. 13 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Qarazəncir- Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı maşın toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xəsarət alanlar rayonun Ocaqlı kənd sakinləri - 53 yaşlı Bəhmən Bəhmən oğlu Abıyev və onun həyat yoldaşı, 50 yaşlı Gülnar Məmi qızı Abıyevadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi