Cəlilabadda yol qəzası baş verib: xəsarət alan var

Cəlilabadda yol qəzası baş verib: xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Aprel , 2017 07:54
Cəlilabadda yol qəzası baş verib: xəsarət alan var
Courtesy İmage

Cəlilabad. 19 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında, Ələt-Astara magistral yolunun rayonun bazar yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı avtomobillə “Jiquli” avtomobilinin toqquşması nəticəsində Cəlilabad sakini, 52 yaşlı Murad Sadatxan oğlu Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi