Cəlilabadda yol qəzaları nəticəsində iki nəfər xəsarət alıb

Cəlilabadda yol qəzaları nəticəsində iki nəfər xəsarət alıb Cəlilabad. 4 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzaları nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə
4 İyul , 2018 21:35
Cəlilabadda yol qəzaları nəticəsində iki nəfər xəsarət alıb

Cəlilabad. 4 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzaları nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisələr rayon ərazisində qeydə alınıb.

Birinci qəzada rayon sakini, 1980-ci il təvəllüdlü İbrahimov İntiqam Zöhrab oğlu, ikinci qəzada isə rayon sakini 1998-ci il təvəllüdlü Rəhimov Əliqulu Əmulla oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara lazımi tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi