Cəlilabadda yol kənarındakı ağaclar yanıb - FOTO

Cəlilabadda yol kənarındakı ağaclar yanıb - FOTO Cəlilabad. 17 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda yol kənarında ağaclar yanıb.
Hadisə
17 Avqust , 2018 10:16
Cəlilabadda yol kənarındakı ağaclar yanıb - FOTO

Cəlilabad. 17 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda yol kənarında ağaclar yanıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 144-cü kilometrliyində qeydə alınıb. 

Ətrafdakı sakinlər hadisə ilə bağlı Cəlilabad Yanğından Müahafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə cəlb olunmuş canlı qüvvə və texnikanın köməyi ilə alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Ümumilikdə isə yanğın zamanı 1960 kvadrat metrlik ərazidə olan ağaclar yanıb. 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi