Cəlilabadda quru ot və kol-kos yanıb

Cəlilabadda quru ot və kol-kos yanıb Cəlilabad rayonunda yol kənarında yanğın baş verib.
Hadisə
30 İyun , 2022 18:41
Cəlilabadda quru ot və kol-kos yanıb

Cəlilabad rayonunda yol kənarında yanğın baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndi ərazisində, Bakı-Ələt avtomobil yoluna çıxan yolun kənarında qeydə alınıb.

Yanğın Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası tərəfindən söndürülüb. Yanğın nəticəsində quru ot və kol-kos yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi