Cəlilabadda yaşlı kişini maşın vurub

Cəlilabadda yaşlı kişini maşın vurub Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
1 dekabr 2017 18:02
Cəlilabadda yaşlı kişini maşın vurub
Report

Cəlilabad. 1 dekabr. REPORT.AZ/ Cəlilabad şəhərində piyadavurma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, minik avtomobili 1962-ci il təvəllüdlü Şorbaçı kənd sakini Aslanov Tofiq Yadulla oğlunu vurub.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, Cərahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi