Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Abdullu kənd sakini Ağaşükür Haqverdiyevə məxsus tövlə qəfildən yanmağa başlayıb.
Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.
Yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə tövlədə yığılmış 300-dən çox ot bağlaması yanaraq yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.