Cəlilabadda taxılla dolu “Qazel” aşıb, sürücü ölüb - YENİLƏNİB

Cəlilabadda taxılla dolu “Qazel” aşıb, sürücü ölüb - YENİLƏNİB Cəlilabad. 15 iyul. REPORT.AZ/ Cəlilabadda “Qazel” markalı avtomobil aşıb, 1 nəfər ölüb.
Hadisə
15 İyul , 2018 20:53
Cəlilabadda taxılla dolu “Qazel” aşıb, sürücü ölüb - YENİLƏNİB

Cəlilabad. 15 iyul. REPORT.AZ/ Cəlilabadda “Qazel” markalı avtomobil aşıb, 1 nəfər ölüb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib. 

İlkin məlumata görə, həmin ərazidə taxılla dolu “Qazel” markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. 

Nəticədə “Qazel”in sürücüsü rayon sakini, 1965-ci il təvəllüdlü Nuriyev Məhəmməd Bayram oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


***20:13

Cəlilabad. 15 iyul. REPORT.AZ/ Cəlilabadda “Qazel” markalı avtomobil aşıb, 1 nəfər ölüb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib. 

İlkin məlumata görə, həmin ərazidə taxılla dolu “Qazel” markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. 

Nəticədə “Qazel”in sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi