Cəlilabadda taxıl sahəsi yanıb - FOTO

Cəlilabadda taxıl sahəsi yanıb - FOTO Cəlilabad rayonunun Günəşli kəndində 10 hektar taxıl sahəsi yanıb.
Hadisə
5 iyun 2019 06:59
Cəlilabadda taxıl sahəsi yanıb - FOTO

Cəlilabad rayonunun Günəşli kəndində 10 hektar taxıl sahəsi yanıb. 

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə kənd sakinləri - Elman DadaşovSabir Qasımova məxsus taxıl sahələrində baş verib. 

Yanğın 3 hektar biçilməmiş və 7 hektar biçilmiş ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvələri cəlb edilməklə alovun qarşısı alınıb. 

İlkin məlumata görə, yanğına səbəb ərazidən keçən elektrik naqillərindəki qısaqapanma olub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi