Cəlilabadda taxıl sahələrində baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO

Cəlilabadda taxıl sahələrində baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO Cəlilabad rayonunda bir neçə yerli sakinə məxsus taxıl sahələrində baş vermiş yanğın söndürülüb.
Hadisə
2 İyun , 2019 18:41
Cəlilabadda taxıl sahələrində baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO

Cəlilabad rayonunda bir neçə yerli sakinə məxsus taxıl sahələrində baş vermiş yanğın söndürülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsi yaxınlığında baş verib. Yanğın FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvələri cəlb edilərək söndürülüb. Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın nəticəsində 1 hektar biçilməmiş, 1 hektar biçilmiş taxıl sahəsi yanıb. Həmçinin yarım hektar ərazidə də kol-kos yanıb.

Yanğından zərəçəkənlərin "Report"un yerli bürosuna verdikləri məlumata görə, yanğın nəticəsində onların noxud sahələrinə də ziyan dəyib.

Yanğının siqaret kötüyündən baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


***17:56

Cəlilabad rayonunda taxıl sahələrində yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. 

Belə ki, bir neçə yerli sakinə məxsus taxıl sahələri yanır. Hazırda hadisə yerinə FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvələri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi