Cəlilabadda sürüşmə aktivləşib, yaşayış evləri üçün təhlükə yaranıb - FOTO

Cəlilabadda sürüşmə aktivləşib, yaşayış evləri üçün təhlükə yaranıb - FOTO Yağıntılar davam etdikcə sürüşmə kəndə doğru daha da artır
Hadisə
16 Noyabr , 2016 11:46
Cəlilabadda sürüşmə aktivləşib, yaşayış evləri üçün təhlükə yaranıb - FOTO

Cəlilabad. 16 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda sürüşmə aktivləşib. "Report"un Aran bürosunun məlumatına görə, rayonun Pərdi kəndində otlaq və əkin sahəsində yerin torpaq qatı aralanıb. Mütəxəssislərin fikrinə görə, ərazidə yağıntılar davam etdikcə sürüşmə kəndə doğru daha da artır. 

Bu da  ərazidə yerləşən evlər üçün təhlükə yaradır. Sürüşmənin baş verdiyi bəzi ərazilərdə isə texnikaların əkin sahələrinə girməsi mükün olmayıb.

Bunda başqa Cəlilabad -Yardımlı avtomobil yolu üzərində də təhlükə qalmaqdadır. Yol kənarındakı torpaq layları sürüşərək yola doğru hərəkət edir. Artıq yolun Pərdi kəndindən keçən hissəsində müxtəlif ərazilərdə iri çatlar əmələ gəlib.

Qeyd edək ki, torpaq sürüşməsinin baş verdiyi bu ərazi Cəlilabad rayonunda sürüşmənin ən aktiv olduğu zonalardan biri hesab olunur. 

Son xəbərlər

Orphus sistemi