Cəlilabadda sürüşmə aktivləşib, bir neçə ev təhlükə ilə üzləşib - FOTO

Cəlilabadda sürüşmə aktivləşib, bir neçə ev təhlükə ilə üzləşib - FOTO Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar
Hadisə
2 Mart , 2017 14:38
Cəlilabadda sürüşmə aktivləşib, bir neçə ev təhlükə ilə üzləşib - FOTO

Cəlilabad. 2 mart. REPORT.AZ/ Cəlilabad rayonunda qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bır neçə ev təhlükə ilə üzləşib. 

Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.

Kənd üçün digər təhlükə isə təpəlik ərazilərdə sürüşən iri torpaq laylarının axaraq evlərə doğru hərəkət etməsidir.

Mövcud məsələ ilə bağlı kənd sakinləri Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasına məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi