Cəlilabadda iki həmkəndlinin suda boğulması ilə bağlı təfərrüatlar məlum olub - YENİLƏNİB-2

Cəlilabadda iki həmkəndlinin suda boğulması ilə bağlı təfərrüatlar məlum olub - YENİLƏNİB-2 Cəlilabadda su bəndində iki nəfər boğulub.
Hadisə
19 İyun , 2024 18:50
Cəlilabadda iki həmkəndlinin suda boğulması ilə bağlı təfərrüatlar məlum olub - YENİLƏNİB-2

Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün Cəlilabadın Hamaraqışlaq kəndində yerləşən su bəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov su bəndində qoyunları yuyarkən bəndə yıxılıb. Ona kömək etmək üçün digər kənd sakini, 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya atılıb.

Onların meyitləri hadisə yerinə cəlb olunmuş Fövqəladə hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Hər iki şəxsin meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

15:25

Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, həmin şəxslər rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

14:52

Cəlilabadda su bəndində iki nəfər boğulub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən bənddə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində boğulan şəxslərin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi