Cəlilabadda sel sakinlər üçün ciddi təhlükələrə yol açıb

Cəlilabadda sel sakinlər üçün ciddi təhlükələrə yol açıb Son günlər Cəlilabadda yağan leysan yağışlar nəticəsində dağlardan gələn sel suları rayonda ciddi təhlükələrə yol açıb.
Hadisə
21 Mart , 2022 23:26
Cəlilabadda sel sakinlər üçün ciddi təhlükələrə yol açıb

Son günlər Cəlilabadda yağan leysan yağışlar nəticəsində dağlardan gələn sel suları rayonda ciddi təhlükələrə yol açıb.

"Report"un Muğan bürosunun əməkdaşı vəziyyətin daha acınacaqlı olduğu Göytəpə şəhərində olub.

Yerli sakinlərin sözlərinə görə, onlarla ev və yaşayış sahələrin su basıb: "Suların bu ərazilərdən boşaldılması ilə demək olar ki, məşğul olan yoxdur. Artıq bir ev sel sularının nəticəsində tam yararsız və təhlükəli vəziyyətə düşüb. Mal-qaramız, toyuq-cücəmiz tələf olub. İndiyə qədər belə fəlakət görməmişik".

Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsi Niyaməddin Şəfayətli bildirib ki, yaranmış fövqəladə vəziyyətdə ilk olaraq insanların təhlükəsiz yerlərə köçürülməsi ilə məşğul olurlar: “Su basmış evlərin sayı 50-a yaxındır. Sakinlərə dəyən ziyan müvafiq qurumlar tərəfindən hesablanacaq".

Qeyd edək ki, son 3 gündə Cəlilabad rayonuna yağan güclü yağış nəticəsində onlarla yaşayış məntəqəsində bəzi fərdi evləri, həyətyanı və əkin sahələri, digər obyektləri su basıb.

Həmçinin ötən gün rayonun dağlıq kəndlərinə güclü qar yağıb, nəticədə bir neçə yaşayış məntəqəsinin rayonla əlaqəsi kəsilib.

Son xəbərlər

Orphus sistemi