Cəlilabadda sahibkar intihar edib - YENİLƏNİB

Cəlilabadda sahibkar intihar edib - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır.
Hadisə
30 Yanvar , 2019 12:36
Cəlilabadda sahibkar intihar edib - YENİLƏNİB
0 : 00
0 : 00

Cəlilabad. 30 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda intihar edən sahibkarın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Sulduz oğlu Quliyevşəhərin S.Axundov küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki yarımtikilidə özünü asraq intihar edib. 

R.Quliyev rayon ərazisində market sahibi olub.

Faktla bağlı araşdırma aparılır.


*** 11:03

Cəlilabad. 30 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda sahibkar intihar edib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin S.Axundov küçəsində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan rayon sakini özünü yaşadığı evin həyətində asaraq öldürüb. Onun sahibkar olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib.  

Son xəbərlər

Orphus sistemi