Cəlilabadda qədim dövrə aid daş kitabənin bir hissəsi tapılıb - FOTO
Hadisə
- 16 oktyabr, 2018
- 08:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad. 16 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda qədim dövrə aid olduğu ehtimal olunan daş kitabənin bir hissəsi tapılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, daş kitabə rayonun Uzuntəpə kənd ərazisində sakinlər tərəfindən su kanalında aparılan qazıntı zamanı aşkar edilib.
Tarixçi Ələsgər Mirzəzadə "Report"un yerli bürosuna bildirib ki, bu tapıntı qədim dövrü əks etdirən daş kitabənin sınmış hissəsidir: "Daşın üzərindəki yazı Mixi və Kufi yazılarına uyğun gəlir. Həmçinin Qədim Türk yazılarına da oxşarlığı var".
Qeyd edək ki, tapıntı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edilib.
Son xəbərlər
23:06
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Region
23:01
Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək
Digər ölkələr
22:50
Los-Anceles sahillərində güclü zəlzələ olub
Digər ölkələr
22:42
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
Futbol
22:30
Netanyahu baş nazir postunu Ayzenkota verməyə razılaşıb
Digər ölkələr
22:26
Video
Cəlilabadda fərdi ev tamamilə yanıb
Hadisə
22:10
Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb
Digər ölkələr
21:47
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib
Hadisə
21:31
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Digər ölkələr