Cəlilabad. 17 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda oğurluq olub.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində yerləşən qəbir daşlarının hazırlanması sexində baş verib.
Belə ki, nazim Rzayevə məxsus sexə daxil olan naməlum şəxs və ya şəxslər oradan laqonda, işıq generatoru və ümumi dəyəri 1 500 manatdan artıq olan avdanlıqlar avtokar vasitəsi ilə oğurlanıb. Oğurluq zamanı istifadə olunan avtokar çiyələk sahəsində tapılıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.