Cəlilabadda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində yaranan qəza aradan qaldırılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, artıq 2300 abonentin qaz təchizatı bərpa edilib.
Qeyd edək ki, bu gün Cəlilabad rayonu Günəşli qaz paylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200 mm-lik yer altı qaz kəmərini "SityNet" internet xətləri çəkən podratçı tərəfindən qazıntı apararkən qaz kəməri zədələnib.
Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılmışdı.
Cəlilabad rayonunda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonu Günəşli qazpaylayıcı stansiyadan qidalananarq Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini təchiz edən diametri 200 millimetr olan yeraltı qaz kəməri "SityNet"ə məxsus internet xətlərini çəkən podratçı tərəfindən qazıntı aparılarkən zədələnib.
Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq istiqamətində işlər görülür.